Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların final gününə yekun vurulub.

Аinal mərhələsində Azərbaycanın qadınlardan ibarət yığma komandası bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə yığmamız yarışları 4-cü yerdə başa vurub.

Komandamızın medal qazanmaq imkanları yüksək qiymətləndirilsə də, idmançılarımızın yarış günlərində aldığı zədələr onların tam gücü ilə çıxış etməsinə təsir göstərib.

Oğlanlardan ibarət komandaların yarışında birinсi yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri Özbəkistan komandası tutub.

Qızlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri Belarus oxatanları qazanıb. Qarışıq komandaların mübarizəsində birinci yerə Belarus, ikinci yerə Qazaxıstan, üçüncü yerə Rusiya komandası layiq görülüb.

Oğlanların fərdi yarışlarda birinci yerə Özbəkistan, ikinci yerə Rusiya, üçüncü yerə Rusiya idmançıları çıxıb. Qızların fərdi yarışlarında isə birinci yeri Qazaxıstan, ikinci yeri Rusiya, üçüncü yeri Rusiya oxatanları tutublar.

.