
III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə yarışlar keçirilib.
Azərbaycanlı idmançı Leyla Camalzadə fərdi yarışlarda rusiyalı Marina Tarasovaya uduzaraq gümüş medal qazanıb.
Qeyd edək ki, daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanmışdır. Beləliklə idmançılarımız turniri 7 medalla başa vurublar.
.