“Biz Komissiyanın nümayəndə heyəti olaraq bura səfər etdik, iki il əvvəl də fakt araşdırma misiyyası çərçivəsində Komissyamızın bura səfəri olmuşdu. Bura səfərimizin məqsədi iki il əvvəl reallaşan səfərdən sonra keçən müddət baş verənləri öz gözlərimizlə görməkdir”.

Bunu İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya) söyləyib.

O qeyd edib ki, burada gördüklərindən çox təsirlənib:

“Məsələn, burada yeni tikilmiş məktəbi gördüm bizə bildirildi ki, qarşıdakı həftələrdə o fəaliyyətə başlayacaq, bu çox yaxşıdır. Həmçinin tikintisi tamamlanmış və ya tikilməkdə olan yaşayış binalarını gördük ki, insanlar bura geri dönüb yaşayırlar. Bu ciddi və yaxşı inkişafdır.

Bizim burada baş çəkdiyimiz yerlərdən biri də məscid idi, onlar işğal dövründə bu məscidi dağıdıblar, burada heyvalar, donuzlar saxlayıblar. Siz bilirsiniz İslam adət-ənənlərinə görə bunlar yolverilməzdir, qəbuledilməzdir”.

.