İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə, ilk növbədə, Zati-alinizə, həmçinin möhtərəm xanımınıza və qardaş Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik diləyirəm.

Bu il çox xoşbəxtik, belə ki, Sizin Ali Baş Komandanlığınızla qəhrəman Azərbaycan Ordusu türk millətinin və dostlarının mənəvi dəstəyi ilə işğal altındakı torpaqlarını azad etmiş və hər kəsin təqdirinə layiq böyük hərbi zəfər və siyasi uğur qazanmışdır.

Bu münasibətlə əziz Azərbaycan xalqına rəhbərliyiniz ilə daha firavan gələcək və əmin-amanlıq diləyir, Sizin himayənizlə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlarının davamlı olmasını arzulayır, ehtiramlarımı bildirirəm”.

İsrailin sabiq XİN başçısı Azərbaycan Prezidentini təbrik edib

İsrailin sabiq xarici işlər naziri Tzipi Livni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Prezident Əliyev.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin həyatınız qədirbilən Azərbaycan xalqının həyatı ilə sıx bağlıdır. Xalqınıza sadiqliyiniz, milli və beynəlxalq təhdidlərə qarşı mübarizədə xalqınıza və ölkənizə uğurla rəhbərlik etməyiniz, qazandığınız böyük nailiyyətlər hamı tərəfindən hörmətlə qarşılanır.

Sizin rəhbərliyiniz həmişə xatırlanacaq və gələcək nəsillər tərəfindən öyrəniləcəkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşviq etdiyi tolerantlıq dəyərləri bir çox insanlar üçün ilham mənbəyidir.

Bu əlamətdar gündə Sizi təbrik edir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm”.

.