Bir qrup idmanın inkişafında xidmətləri olan şəxs “Tərəqqi” medalı ilə təltif edilib.

Prezident İlham Əliyev “Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilioblər:

Fərzəliyev Murad Qoçu oğlu

Kərimov Mehman Bayram oğlu.

Zemfira Meftahəddinova və Rəfiqə Şabanova Prezidentin Fəxri diplomu ilə təltif edilib 

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

İsayev Xəzər Ağali oğlu

Meftahəddinova Zemfira Əli qızı

Rəhimov Nazir Həzrətqulu oğlu

Şabanova Rəfiqə Mahmud qızı.

.