Bakıda daha bir nəfər intihar edib. 
Report bildirir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında, M.Hadi küçəsində qeydə alınıb. 

Xəyyam Əliyev adlı şəxs orada yerləşən "Twins Art MMC"yə məxsus 15-mərtəbəli binanın üstünə çıxaraq özünü oradan atıb. 

X.Əliyevin üzərindən "Achilles" idman klubunun üzvlük vəsiqəsi çıxıb. 

İntiharın səbəbi araşdırılır.
.