
Xəbər verdiyimiz kimi, türkiyəli sənətçi Petek Dinçöz keçən həftə, Şəkidə Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş konsert proqramında çıxış edib.
Müğənni konsertdən sonra "ATV maqazin onlarla” verilişinə açıqlama verib. P.Dinçözün sözlərinə görə, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov söz verib ki, ona torpaq sahəsi hədiyyə edəcək:
"İcra başçısı söz verib ki, Şəkidə torpaq sahibi olacağam. Həmin ərazidə tezliklə ev tikdirəcəm. Yay aylarında artıq buraya da tez-tez gələcəm”.
.