Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov haqqında yazılan tənqidlərə və eləcə də sırf informasiya xarakterli xəbərlərin yayılmasına aydınlıq gətirmək, təkzib etmək əvəzinə mətbuat və ondan şikayət edən rayon sakinlərinə qarşı məhkəmə davaaları açmaq qərarına gəlib. Ağcabədi rayonundan aldığımız məlumata görə, rayonda baş verən korrupsiya və rüşvətxorluq hallarına qarşı etiraz səslərini ucaldan vətəndaşların prokurorluq və məhkəmə vasitəsilə qorxudulması prosesi başlayıb. Belə ki, Ağcabədi rayon Avşar kənd sakini Bulud İnqilab oğlu Quliyev artıq prokurorluğa çağrılıb. Onun prokurorluğa çağrılması icra başçısının birinci müavini Rövşəh Əhmədovun və bu şəxsinin qardaşlarının şikayəti əsasında həyata keçirildiyi bildirilir. Qeyd edək ki, Bulud Quliyevin araşdırmaları zamanı icra başçısının birinci müavini Rövşən Əhmədovun hələ 1986-cı ildə tibbi xidmətə yararsız olduğu üçün hərbi xidmətdən azad edildiyi üzə çıxımışdı.
Ağcabədi rayonundan verilən məlumata görə, iyunun 30-da icra başçısı Şahin Məmmədov İcra Hakimiyyətinin hüquq şöbəsinə onun haqqında tənqidi matrellar dərc edən, eləcə də icra başçısının sərvəti haqqında məlumat yayan sayt və qəzetləri məhkəməyə verməyi tapşırıb. Çox maraqlıdır ki, icra başçısının bu mövqeyi prezident İlham Əliyevin Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmamsı haqqında ATƏT və Avropa Şurasının yüksək tribunalarından verdiyi bəyanatlara tamamilə ziddir. Ağcabədi rayon icra başçısının hansı qəzet və saytlları məhkəməyə verməcəyi isə yaxın günlərdə məlum olacaq. Əgər Şahin Məmmədov onun haqqında tənqidi məlumatlar dərc edən qəzet və saytlarım hamsıı ilə bağlı məhkəməyə müraciət etsə, ölkənin əksər sayt və qəzetləri məhkəmə çəkişməsinə cəlb olunacaq. Prezident İlham Əliyevin ATƏT və Avropa Şurasında bəyan etdiyi siyasətin əleyhinə olaraq belə addım atmaq isə icra başçısına uğur vəd etmir.
.
