Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda dağıdılan ev və obyektlərin siyahısı hazırlanıb.

Bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda dağıdılan ev və binaların sayı 75-dir.

Hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:

- tam yandırılan evlərin sayı - 5

- tam dağıdılan evlərin sayı - 30

- atəş zərbəsindən zərər çəkən evlərin sayı - 37

İcra başçısı bildirib ki, bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəliyi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.

.