Kürdəmirdə intihar hadisəsi baş verib.

Hadisə rayonun Pirəköcə kəndində qeydə alınıb.

Rayon sakini, 1975-ci il təvəllüdlü Azər Qaraşov özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Azər Qaraşovun Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətindən APA ilə əlaqə saxlanılıb. Bildirilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.

.