Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və deputat Anar Məmmədov Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, cernobil əlillərinin müalicə aldığı mərkəzdə onların sağlıqlarına qovuşması üçün aparılan müalicələrlə tanış olublar.
“Möcüzəli Naftalan” sanatoriyasının rəhbərliyi məlumat verərək bildirdi ki, mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə əsasən dərman müalicəsi deyil, reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.
Görüş zamanı qazilər müasir tələblər səviyyəsində qurulmuş müalicə mərkəzində səhhətlərində müsbət nəticə qeydə alındığını və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-pezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və vurğulamışlar ki, ölkəmiz inkişaf etdikcə, onlarında sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər genişləndirilir.

.