
Bakının Pirallahı rayonunun içməli su problemi həll olunub.
Bunu Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov aprelin 18-də Pirallahı Rayon Prokurorluğunun inzibatı binasının açılışı zamanı deyib.
O, Pirallahıya 12 ildir rayon statusu verildiyini xatırladıb:
"Rayonumuzda sağlam ab-hava var. Hər bir dövlət qurumu öz funksiyasını yerinə yetirir. Əvvəllər Pirallahıda içməli su olmayıb. Əvvələr dakinlər içməli suyu pulla alırdılar. Ancaq Pirallahı rayon statusu alandan sonra Ceyranbatan su anbarından su çəkildi, şirin su problemi aradan qaldırıldı".
.