Zlatan İbrahimoviç Türkiyə Superliqasında oynamaqdan imtina edib. İsveçli ulduz "Galatasaray"ın təklifini geri çevirib. İstanbul təmsilçisi İbrahimoviçə illik 11 milyon avro məvacib təklif edirdi. Klubun rəsmisi Rasim Zaymoğlu isə tvitter səhifəsindəki yazı ilə Zlatanın "Galatasaray"a gəlmə ehtimalını artırmışdı.

Qeyd edək ki, təcrübəli hücumçuya iddia edən klublar arasında "Milan" da var. (qol.az)

.