“Qarabağın kənd təsərrüfatı potensialı böyükdür”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF), tədbirin prezidenti Erol Yarar deyib.

“Bu istiqamətdə Türkiyə şirkətlərinin marağı böyükdür. Biz dünyanın aqrar məhsullara olan ehtiyacını ödəmək istəyirik”, - o qeyd edib.

Bundan başqa, E.Yarar deyib ki, Xəzər dənizində töyük turizm potensialı var və burada yay-qış turizmi imkanlarını reallaşdırmaq istəyirlər.

.