“Yaxın gələcəkdə dünyada ən çox tələbat hidrogenlə işləyən nəqliyyat vasitələrinə olacaq. Bu yanacağın ən böyük mənbəyi su və təbii qazdır ki, bunlar da Azərbaycanda var”.

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF), tədbirin prezidenti Erol Yarar deyib.

“Son nəticədə, Azərbaycan hidrogen yanacağı icrac edə bilər. Bunun üçün Türkiyə və Azərbaycan arasında hidrogen araşdırmaları institutunun qurulmasını təklif edirəm və bu istiqamətdə işlər aparılmalıdır", - o qeyd edib.

.