Bakı Biznes Universitetindən azerinfo.org-a daxil olan məlumata görə adı çəkilən universitetdə bazar qanunları hökm sürür.
Mənbəmiz qeyd edir ki, TQDK test imtahanlarından keçməyən tələbələr Bakı Biznes Unversitetinin daxili imtahanında yenidən test imtahanı verərək adı çəkilən təhsil ocağına qəbul olunurlar. İnformasiya mənbəmiz qeyd edir ki, Unevrsitetin daxili imtahanı əslində rektor İbad Abbasovun maxinasiya oyunudur. Yəni qeyri qanuni tələbə qəbuluna don geyindirmək üçün vakant qalan yerlərə keçirilən daxili imtahan əslində rüşvət mənbəyidir.
Belə ki, adı çəkilən təhsil ocağına daxil olmaq üçün 12-15 min manat hesab alınır. Mənbəmiz həmçinin qeyd edir ki, Bakı Biznes Universitetində imtahanlarda tələbələrdən rüşvət yığılır. Amma rüşvət əsasən qiyabi şöbədə tüğyan edir. Belə ki, qiyabi şöbədə təhsil alan tələbələrdən hər bir imtahan üçün 30-50 manat arası rüşvət alınığı bildirilir. Həmçinin hər il imtahanlarda alınan rüşvətin qiymətinin qalxdığıda bildirilir.
İmtahanlardan başqa Universitetdə təhsil alan yüzlərlə tələbədən dərsə gəlmədikləri üçün bir qayıbın qiymətini 5 manatdan hesablandığı qeyd olunur. Mənbəmzi bildirir ki, qiyabi təhsil alan çoxlu sayda tələbələrin əksəriyyəti Unversitet rəhbərliyinə hesablarını çatdırdıqları üçün qısa müddətli dərslər belə gəlmirlər.
İbad Abbasovun rəhbərlik etdiyi universietdə rəhbərliyin göstərişi ilə buraxılış işi ilə bağlı böyük rüşvət mexanizmi qurulub. Belə ki, universitet rəhbərliyi 4-cü kursu bitirən tələbələrdən diplom işininin yazılmasına hazırlıq görülməsi məqsədi ilə universitetin tərkibində yeni kurs yaradıb. Kursun qiyməti isə fakültələrdən asılı olaraq 700-1200 manat arasında dəyişir.
Bu "yeni qayda” isə BBU-da yığılan pulların korrupsiya halı olmasının üstünü örtmək məqsədi daşıyır və bu məsələdə başda rektor İbad Abbasov olmaqla universitet rəhbərliyi tam özünü sığortalaya bilir.
Əslində tələbələr bu kursun məcburi şəkildə aparılmadığını söyləsələr də, kursa getməyən tələbələrin aqibətinin məlum olduğunu inkar etmirlər.
Məlumatlarda təhsil kreditləri ilə bağlı məsələlər də qeyd olunur. Universitetdə kəsiri olan, yəni kredit borcu olan tələbələrdən hər bir kreditə görə 35 AZN-dən əlavə 100 AZN də tələb edilir. Bu isə, bir illik təhsil müddəti ərzində korrupsiya faktlarının nə dərəcədə çox olmasını göstərir.
Tələbələr arasında sözü gedən təhsil ocağında sentyabr-oktyabr aylarına "çörək ayı” deyilir. Bu dəfə isə İbad Abbasov bir az qabağa gedib. "Çörək ayı” indidən başlayıb. Tələbələrdən tələb olunan məbləğ fənlər üzrə dəyişməklə yanaşı, həm də 500-1000 manat arasındadır. Ən qəribəsi də odur ki, tələb olunan pulu verməyən tələbələri "qovulacaq” sözü ilə açıq şəkildə təhdid edirlər.
Qəribəliklər içində başqa bir qəribəlik də var ki, proses birbaşa rektor İbad Abbasovun nəzarətindədir. Özü də heç bir müəllim onun ixtiyarı və icazəsi olmadan güzəştdən söhbət edə bilməz. İndiyə qədər bir neçə tələbə məhz bu göstərişə əməl etdiyindən universitetdən xaric olunub. Daha neçəsinin xaric olunacağı isə sual altındadır.
Ümumiyyətlə, Bakı Biznes Universitetində rüşvət çox orjinal formada yığılır. Hər şey "qanuniləşdirilib” və "mərkəzləşdirilib”. "Qanuniləşdirmə” rüşvətin müəllim və rektora deyil, BBU-nun kassasına ödənilməklə yoluna qoyulub. Yəni, tələbə tələb olunan pulu universitetin kassasına ödədikdən sonra çekini müəllimə çatdırır və bununla da problem həllini tapır.
.
