Yay istirahət mövsümünün başlanması ilə əlaqədar, respublikanın səfalı guşələri, eləcə də, meşə sahələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional şöbələri tərəfindən müxtəlif iş adamları və sahibkarlara uzunmüddətli rəsmi icarəyə verilir. Burada iş adamları yayda istirahət etmək üçün rayonlara üz tutan insanlara xidmət göstərməklə yanaşı külli miqdarda qazanc əldə edirlər.
Məlumata görə, bağlanan icarə müqavilələrində rəsmi qiymətlər 300-500 manat çivarında göstərilsə də, faktiki qiymətlər başqadır. Üstəlik bu ərazilər hər kəsə deyil, regional idarələrin rəhbərlərinə yaxın olan şəxslərə verilir. İş adamlarından birinin saytımıza verdiyi məlumata görə, real rəqəmlər isə 2000-3000 arasındadır. Yəni, icarə müqaviləsində 300-500 manat göstərilsə də real alınan pulun miqdarı 2000-3000 manatdır. Sahibkar bildirir ki, bu pul nazirliyin regional şöbələrinin rəhbərlərinə çatır. Onlar da yuxarıların hesabını çatdırırlar. Həmçinin qeyd olunur ki, bütün icarə müqavilələrinin "hesab dəftəri” nazirliyə göndərilir.
Yay mövsümündə meşə sahələrini icarəyə vetməklə nazirliyin regonal şöbələri külli miqdarda pul yığır. Qiymətlərin bir qədər aşağı olmasını tələb edən sahibkarlara isə "bu nazir Hüseynqulu Bağırovun qoyduğu qiymətlərdir” cavabı verilir. Beləliklə, milli sərbətimiz olan meşələrin hesanına nazirliyin rəsmi şəxsləri külli miqdarda pul qazanırlar. Ən acınacaqlısı odur ki, bu qədər pul vergidən yayındırılır və dövlət büdcəsinə daxil olmur.
.