Türkiyənin tanınmış müğənnisi Hülya Avşar Yeni il gecəsi türkiyəli paparatsilərin fotokameralarına tuş gəlib.
Yenizaman.az lent.az-a istinadən verdiyi məlumata görə, Hülya 2014-cü ili azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşkil etdiyi ziyafətdə qarşılayıb. Gecəyə bacıları Leyla Avşar, Helin Avşar və əmisi, professor Erol Avşarla qatılan Hülya yaxınları ilə səhər saatlarına qədər əylənib.
.