“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin səlahiyyəti və fəaliyyətinin sərhədləri məlumdur”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, mərkəzin müəyyən çərçivədə fəaliyyəti üçün bütün səylər göstərilir: “Burada məqsədimiz atəşkəs rejiminin davamlı qorunması və atəşkəsin təmin olunması ilə yanaşı bölgəyə sabitliyin gəlməsdir. Bu istiqamətdə ciddiliyimizi, səmimiyyətimizi, dostluğumuzu ortaya qoyduq və qoyururq. Burada hər hansı bir sui-istifadə halı yoxdur.

Orada sadəcə Rusiya və Türkiyə deyil, eyni zamanda Azərbaycanın da inzibati və təhlükəsizlik xidmətinin əməkdaşları böyük səylər göstərirlər. Bunun nəticəsi olaraq atəşkəs rejiminə əhəmiyyətli şəkildə əməl olunur. Atəşkəsin pozulması hallarının xeyli azaldığını və sabitlik istiqamətində mühüm addımlar atıldığını böyük məmnuniyyətlə müşahidə edirik. Birgə Monitorinq Mərkəzindəki Türkiyə Silahlı Qüvvələrinin mənsubları üzərinə düşən vəzifələri böyük məmnuniyyət və həvəslə yerinə yetirirlər. Bəzi xırda problemlər olsa da, biz onları danışıqlar yolu ilə həll etməklə irəliləyişə nail ola bilirik”.

.