Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edir.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar “Haber7”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə təkcə özünün yox, həm də dost və qardaş ölkələrin maraqlarını müdafiə edir: “Müdafiə sənayesi məhsullarımız həm də bunun üçündür”.

H.Akar söyləyib ki, indi Türkiyə ordusu hər zamankından daha güclü olmalıdır: “Bəzən güc tətbiqinə də ehtiyac olur. Əgər diplomatiya dərmandırsa, hərbi güc cərrahi müdaxilədir".

.