“Bu qürur günündə can qardaşlarımızla bir araya gəlməkdən məmnunuq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertindən əvvəl çıxışında deyib.

Türkiyəli nazir bu gün Qarabağın azad olduğunu bəyan edib: “Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər, Laçın bu gün azaddır və ana vətənə qovuşub. Azərbaycan türkü yaşadığı çətinliklər qarşısında yıxılmadı, “artıq bəsdir” deyərək Vətəninə, haqqına, hüququna, öz torpaqlarına sahib çıxdı”.

Hulusi Akar: "Bu, sadəcə, Ermənistana qarşı qazanılmış Zəfər deyil"

“Qarabağın azad edilməsində ən böyük pay sahibi olan şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertindən əvvəl çıxışında deyib.

Türkiyəli nazir bildirib ki, şanlı tariximizin ən müstəsna səhifələrinə adlarını yazdıran igidlərimizin Prezident İlham Əliyevin liderliyində həyata keçirdikləri fədakarlıq və qəhrəmanlıqlar əsla unudulmayacaq: “Qəhrəman Azərbaycan Ordusunun qazandığı bu Zəfər, sadəcə, 44 günlük mübarizənin deyil, 30 illik inancın, israrın və əzmin nəticəsində əldə edilib. Bu, sadəcə, Ermənistana qarşı qazanılmış Zəfər deyil. Bu zəfər eyni zamanda illərlə haqsızlığa, hüquqsuzluğa göz yumanlara, səssiz qalanlara qarşı ən gözəl cavab olub. Hər zaman olduğu kimi sevincini sevincimiz, kədərini kədərimiz bildiyimiz can Azərbaycan, can qardaşlarımızın bu haqı mübarizəsində də yanında olduq. Millətimizlə birlikdə bütün imkanlarımızla siz can qardaşlarımıza dəstək verməyə çalışdıq. Çünki biz eyni kökdən və gövdədən bəslənən ulu bir çinarın budaqları kimiyik, böyük bir millətin övladlarıyıq. Metenin, Atillanın, Kül Tekinin, Alpaslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Bilinməlidir ki, tarixdə yaşananlar Azərbaycan və Türkiyə arasına əngəllər qoysa da, dini, dili, milliyyəti bir olan tarixi qardaşlıq əlaqələri, bağlarıyla bağlı olan iki ölkə insanının qəlblərinə əsla kilid vurmayıb və vurmayacaq”.

Türkiyənin müdafiə naziri: “Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır”

“Azərbaycan və Türkiyə prezidentləri barışın gələcək nəsillərə miras buraxılması için son dərəcə konstruktiv bir münasibət nümayiş etdirərək sabitlik və əməkdaşlığa söykənən yeni bir dövrün qapısını açıblar”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

“Ermənistanın səlahiyyətli şəxslərinin mövcud siyasətlərini bir kənara qoyub, “altılıq platforma”sı təşəbbüsü daxil olmaqla bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik. Artıq hər kəs bilməlidir ki, kin və nifrət üzərində bir gələcək inşa edilə bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Biz bu anlayışla öhdəmizə düşən tarixi məsuliyyətlə bölgəmizdə sülh və sabitlik üçün cəhd göstərməyə davam edəcəyik”, - türkiyəli nazir vurğulayıb.

O, Qarabağ məsələsində daima Azərbaycanın yanında olan Pakistana da təşəkkür edib.

“Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, - Hulusi Akar vurğulayıb.

.