Türkiyənin milli müdafiə naziri Hulusi Akar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

COVID-19 testinin pozitiv çıxdığını vurğulayan türkiyəli nazir səhhətinin yaxşı olduğunu qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti və xanımı koronavirusun Omicron ştamına yoluxub.

.