Bakının Hövsan qəsəbəsində yerləşən 270 saylı məktəbin şagirdləri bu gün səhər saatlarında kəsimdən qaçan iri buynuzlu heyvanın hücumuna məruz qalıblar. Hadisə zamanı üçüncü, dördüncü sinifdə oxuyan 3 nəfər şagird ağır xəsarət alıb. Şahidlərin FaktXeber.com-a verdiyi məlumata görə, kəsimdən qaçan heyvan arxadan gələrək buynuzları ilə şagirdlərə ağır xəsarət yetirib. Xəsarət alan şagirdlər yaxınlıqdakı poliklinikalardan birinə yerləşdirilib.
Qəssablar sonra da çətinliklə də olsa heyvanın saxlayaraq qarşısını ala biliblər. Qeyd edək ki, hadisə zamanı heyvanı zərərsizləşdirmək istəyən qəssablar da xəsarət alıblar.
.
