Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Hadisə Hövsan qəsəbəsi, Mənzil İnşşatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb.
İlkin məlumata görə, sözügedən binada kirayə qaldığı bildirilən qadın özünü 10-cu mərtəbədən atıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı Rayon Şöbəsinə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.
.