Avropa İttifaqı (Aİ) tərəfindən Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində 2024-cü ildə Ermənistana yardım göstərilməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirilib.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Ermənistanın Al xətti ilə hərbiləşdirilməsinin regional sülh və sabitlik üçün fəsadları, Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsiri barəsində tərəfdaşlarımızın məlumatlandırılması istiqamətində fəaliyyət davam etdirilib. Atılmış addımlar nəticəsində Ermənistana yardımın məzmun və həcminin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub. Nəticədə, Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb. Bundan əlavə EPF xətti ilə Ermənistana yardım edilməsinə paralel olaraq, Azərbaycan tərəfinə humanitar mina təmizləmə fəaliyyəti üçün 10 mln. avro həcmində vəsaitin verilməsi üzrə anlayış əldə edilib.

.