Hollivud aktrisası Lindsi Lohan bu gün paylaşdığı foto ilə sosial mediada müzakirə açıb.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, 4 milyon təqibçisi olan İnstaqram hesabından Türkiyə xəritəsini paylaşan aktrisa "gələcəyinizi başa düşmək üçün keçmişinizi bilməlisiniz. 13 il daha birlik və ümid..." yazıb.

Qıda müddətdə 33 min insanın bəyəndiyi fotonun altında suallar yaranıb. Bəzi istifadəçilər Lohanın hesabının oğurlandığını iddia edib. Digərləri isə onun bir neçə gün əvvəl türk fotoqraf Mert Alaşla bir şəklini paylaşmasına diqqət çəkib. Digər qrup insanlar isə paylaşımın Rassel Krounun Cem Yılmaz və Yılmaz Erdoğanın iştirakı ilə çəkdiyi "Son ümid" filmi ilə əlaqəli olduğunu deyib. Çünki fotoda Lindsi onları da işarələyib.

Az sonra aktrisanın paylaşımı silməsi isə daha çox diqqət çəkib.


.