Amerikalı aktrisa Cennifer Enistonun aktyor və ssenarist Castin Teru ilə evliliyinin dağılmasının bir səbəbi də Bred Pittin sevgi məktubları olub.

Bu barədə “Mirror” öz mənbələrinə istinadla xəbər verib.

Xatırladaq ki, Cennifer Enistonla Bred Pitt 2000-2005-ci illərdə evli olublar. Lakin Pittlə Ancelina Colinin sevgi macərasından sonra onların evliliyi sona çatıb.

Məlumata görə, bundan sonra aktrisa ağır günlər keçirib və yalnız 2015-ci ildə o, ikinci dəfə ailə qurmaq qərarına gəlib. Ancaq bu evliliyin də ömrü qısa olub. 

İnsayderlərin məlumatına görə, Teru hər zaman Bred Pittlə müqayisə olunmaqdan bezib. Həyat yoldaşının Bred Pittin məktublarını hələ də saxladığını öyrənəndə isə artıq səbri bitib. O, bu məktubları arvadının keçmiş ərinə hələ də laqeyd münasibətdə olmaması ilə əlaqələndirib. Aktrisanın özü isə məktubları hələ də niyə atmadığını izah edə bilməyib.

Bundan sonra onların münasibətləri yox səviyyəsinə düşüb.

Bundan başqa yaşayış yeri barədə kompromisə getməmək də onların evliliyinin bitməsinə səbəb olub: Aktyor Nyu-Yorkda, xanımı isə Los-Ancelesdə yaşamaq istəyib.

Nəhayət, 2018-ci ildə Eniston evliliklərinin bitdiyini elan edib.

 

.