Türkiyənin "Qalatasaray" klubu Klas Yan Hunteları transfer etmək niyyətindədir.
ANS PRESS-in məlumatına görə, klub prezidentliyinə namizəd Duyqun Yarsuvat prezident seçiləcəyi təqdirdə hollandiyalı ulduzu kluba gətirəcəyi sözünü verib. Artıq Yarsuvatın göstərişi ilə futbolçu ilə danışıqlara başlanılıb.
Hunteların isə vətəndaşı Sneyderdən "Qalatasaray" ilə bağlı məlumatlar soruşub. İddialara görə, hollandiyalı futbolçu dövrə arasında "Qalatasaray"a gələcək.
"Şalke" ilə müqavilə yeniləmək istəməyən 31 yaşındakı ulduz "Qalatasaray"a gəlmək istəyir. Karyerasında kı, bəlkədə son böyük transferi reallaşdırmaq istəyən təcrübəli futbolçu buna görə, klubdan yaxşı maaş tələb edə bilər. Hunteların transferi üçün sponsorların köməyindən istifadə ediləcək.
.