Hollandiyanın baş naziri Mark Ryutte Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verilməməsinə görə, hökümətin adından üzr istəməyəcəyini bəyan edib.

AzNews.az xəbər verir ki, Hollandiyanın baş naziri Mark Ryutte yaranan siyasi gərginliyin aradan qaldırılması üçün çalışacağını, amma üzr istəməyəcəyini deyib. Bundan başqa "üzr istəmək”lə bağlı ona sual ünvanlayan jurnalistləri isə "dəli” adlandırıb.

Bundan əvvəl, Hollandiya KİV-ində yer alan məlumata görə, Xarici İşlər Nazirliyi 8 mart tarixində Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Krallığı ziyarət etməklə bağlı müraciətinə "rədd” cavabı verib.

Xatırladaq ki, Mövlud Çavuşoğlu 16 aprel tarixində Türkiyədə konistitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referendumun təşviqat kampaniyası çərçivəsində Rotterdama gəlmək istəsə də, Hollandiya höküməti onun təyyarəsinin enişinə icazə vermədi. Bundan başqa, Türkiyənin daha bir naziri Fatma Betül Sayan Kayanın ölkəyə yerüstü nəqliyyat vasitəsilə girişinə icazə verilməyib, o Hollandiyada arzuolunmaz şəxs elan edilərək, ölkədən çıxarılıb.




.