Azərbaycanda siyasi partiyaların
maliyyələşdirilməsi üçün gələn ilin dövlət büdcəsində 2,5 milyon manat vəsait
nəzərdə tutulub. Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara
vəsait "Siyasi partiyalar haqqında” Qanunun17-1-ci
maddəsinə əsasən bölünür. Yəni dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi
irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı
səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi
partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin
40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50
faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Modern.azsaytının
məlumatına görə, hazırda parlamentdə Ana Vətən Partiyasından (AVP) 1 deputat,
Yeni Azərbaycan Partiyasından (YAP) isə 3 deputat yeri boşdur. Belə olan halda
növbəti ildə büdcədən bu partiyalara ayrılan vəsaitin məbləğində dəyişiklik
olacaqmı?
AVP sədri, deputat Fəzail AğamalıModern.az-a
açıqlamasında bildirib ki, AVP-dən 1 deputat yerinin Milli Məclisdə boş qalması
siyasi partiyanın maliyyələşməsi zamanı özünü biruzə verəcək.
"Bir deputat yerinin boşalması gələn il siyasi partiyaların maliyyələşməsi
zamanı özünü biruzə verəcək. Bir deputat mandatına görə ildə partiyaya 11-12
min manat vəsait ayrılır. Zahid Oruc partiya sıralarından oktyabr ayında
çıxarılıb. Ola bilsin ki, oktyabr, noyabr, dekabr aylarının da pulu – 3 min
manatataək vəsait bizə verilməsin. Amma gələn ildən artıq partiyaya bu vəsait verilməyəcək”.
Qeyd edək ki, Zahid Oruc 9 oktyabr prezident seçkiləri ərəfəsində namizədliyini
irəli sürdüyü üçün AVP-dən çıxarılmışdı.
YAP-ın 3
deputatından biri Gülər Əhmədova öz mandatından imtina edib, Hikmət Atayev yol
qəzasında vəfat edib, Əli Əhmədov isə prezidentin sərəncamı ilə Baş nazirin
müavini təyin edildiyi üçün avtomatik deputat səlahiyyətlərini itirib.
Bu isə o deməkdir ki, gələn il Milli Məclisdə təmsil olunan siyasi partiyaların
maliyyələşdirilməsi zamanı hakim YAP təxminən 36 min manat itirəcək
2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsinə 2,5 milyon
manat ayrılıb.
Hazırda Milli Məclisdə təmsil olunan aşağıdakı partiyalar büdcədən
maliyyələşir.
|
Yeni Azərbaycan Partiyası
|
|
Vətəndaş Həmrəyliyi Partiyası
|
|
Ana Vətən Partiyası
|
|
Sosial Rifah Partiyası
|
|
Azərbaycan Demokratik İslahatlar Partiyası
|
|
Ümid Partiyası
|
|
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
|
|
Vətəndaş Birliyi Partiyası
|
|
Böyük Quruluş Partiyası
|
|
Milli Dirçəliş Hərəkatı Partiyası
|
|
Ədalət Partiyası
|
.