Britaniyalı alim Stiven Hokinq dünyanın sonu ilə bağlı proqnoz verib. 

AzNews.az "The Daily Mail”ə istinadən xəbər verir ki, Hokinq Oksford universitetində çıxışı zamanı yaxın minillikdə dünyanın sonu olacağını qeyd edib. Tanınmış fizik əminliklə bildirib ki, Yer kürəsində həyat nüvə müharibəsinin gücü, süni intellektin və ya genetik qurulmuş virusun fəaliyyətləri nəticəsində yox olacaq. 

Hokinq ənənəvi olaraq insanları planetdən qaçmağa çağırıb və uzaq kosmik uçuşlar üçün təkmilləşmiş texnologiyaların yaradılmasına ehtiyac olduğunu təsdiq edib.
.