ABŞ-dakı Auksion Evi German Gerinqin 1945-ci ildə Adolf Hitlerə göndərdiyi teleqram satılıb.
Musavat.com-un məlumatına görə, bu barədə "Teh Telegraph” yazıb. Üstündən xeyli zaman keçdiyi üçün saralmış bu kağız parçasını Birləşmiş Ştatlardan olan, adının çəkilməsini istəməyən bir kolleksiyaçı alıb. O, teleqramı əvvəlki qiymətindən iki dəfə baha - 55 min dollara alıb.
Teleqram 1945-ci il mayın 8-də Hitlerin bunkerində tapılıb. Daha sonda Amerika ordusunun kapitanı Bencamin Bredin onu suvenir kimi ABŞ-a aparıb.
Teleqramı apreli sonunda o zaman Almaniyanın cənubunda olan reyxsmarşal Germen Gerinq göndərib. Teleqramda o, Hitlərə öz səlahiyyətlərini təhvil verməyə və ölkənin idarəçiliyini "xalq və vətən naminə” ona verməyi təklif ediR.
Hesab edilir ki, teleqram füreri bərk qəzəbləndirib və onun psixi durumuna təsir edib. Tədqiqatçılara görə, məhz bu teleqram bəzi başqa motivlərlə birgə Hitleri intihara sövq edib.
Ancaq hər necə olmasa, Gerinq vətənə xəyanətdə ittiham olunaraq bütün vəzifələri əlindən alınıb və həbs edilib. Bundan bir neçə gün sonra isə Hitler özünü güllələyib.

Musavat.com
.