Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.
Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.
O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
.