Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Modi "X" hesabında yazıb.

Danışıqlar zamanı Rusiya liderinin ABŞ Prezidenti Donald Trampla Alyaskada apardığı danışıqlar müzakirə olunub:

"Dostum Prezident Putinə telefon zənginə və Prezident Trampla Alyaskadakı son görüşü ilə bağlı təəssüratını bölüşdüyünə görə təşəkkür edirəm. Hindistan ardıcıl olaraq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırır və bu istiqamətdə bütün səyləri dəstəkləyir. Yaxın günlərdə fikir mübadilələrimizin davamını səbirsizliklə gözləyirəm".

.