Hindistanın şimal-şərqində baş vermiş zəlzələ nəticəsində 6 nəfər ölüb, 100 nəfər yaralanıb. Bu barədə "Times of İndia” nəşri məlumat yayıb. Yeraltı təkanlar yanvarın 4-də səhər saatlarına qeydə alınıb.
Rixter cədvəli ilə 6.7 bal gücündə olan zəlzələnin episentri Myanma ilə həmsərhəd olan Tamenqlonq rayonunda olub.
Təkanlar Kəlküttə şəhərində də hiss edilib. /APA/
.
