Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.
Bu barədə “The Times of India” məlumat yayıb.
Qeyd olunub ki, ölkənin şərqindəki Mizoram əyalətində tikilməkdə olan dəmir yolu körpüsündə hadisə zamanı 40-a yaxın adam çalışıb.
Dağıntılar altından indiyə qədər 17 meyit çıxarılıb, digərlərinin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
.
