Cümə günü axşam saatlarında Hindistanın Madhya Pradeş ştatında avtobusla yolsuzluq avtomobilinin toqquşması nəticəsində azı 11 nəfər ölüb.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Qeyd edilir ki, bir qrup işçinin olduğu avtobus avtomobilə çırpılıb. İlkin məlumata görə, hadisəyə yolsuzluq avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Polis hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

.