Hindistan Səhiyyə Nazirliyi tərəfindən ölkəyə daxil olan şəxslərin məcburi karantinə alınması qaydası ləğv edilib.

Yeni qərara əsasən, Hindistana gələn turistlərdən bir həftəlik karantin tələbi aradan qaldırılır.

Bundan başqa, 80-dən çox ölkədən gələn şəxslərdən PSR testi tələbi də ləğv edilir.

Qeyd olunur ki, həmin ölkələrdən olan şəxslər yalnız vaksin sertifikatı göstərməklə Hindistana səfər edə bilər.

Yeni qaydalar fevralın 14-dən qüvvəyə minəcək.

.