Hindistan “Böyük İyirmiliy”ə (G20) sədrliyi rəsmən Braziliyaya təhvil verib.

G20-nin 2024-cü ildə növbəti sammiti Braziliyada keçiriləcək.

Mərasim Yeni Dehlidə keçirilən sammitin yekun sessiyasında baş tutub. Hindistanın baş naziri Modi rəmzi sədrlik toxmağını digər sammit iştirakçılarının alqışları altında Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya verib.

Bununla belə, Hindistan bu ilin sonuna qədər G20 ilə əlaqədar bir sıra tədbirlər keçirəcək.

.