
Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Çinə rəsmi səfər edəcək.
Yenizaman Hindistan mediasına istinadən xəbər verir ki, Modi Şanxay Əməkdaşlıq Təşkilatının konfransında iştirak edəcək.
Qeyd edək ki, 2020-ci ildə Çin və Hindistan arasında sərhədboyu ərazilərdə baş verən toqquşmalardan sonra, bu, Hindistan Baş nazirinin Çinə ilk səfəri olacaq.
Narendra Modi və ÇXR sədri Si Cinpin sonuncu dəfə 2024-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində görüşüb.
.