Hillary Klinton ABŞ prezidenti olaraq xidmət göstərmək üçün "sağlam və yararlıdır”, onun həkimi deyib.

Klinton-un kampaniyasının yaydığı məlumatda deyilir ki, Demokratlar partiyasından prezidentliyə namizəd pnevmoniya diaqnozundan sonra "sağalmaqdadır”.

Bundan əvvəl isə onun respublikaçı rəqibi Donald Tramp sağlam olması barədə həkim rəyini açıqlayıb.

Klintonun köməkçiləri deyib ki, o kampaniyasını cümə axşamı günündən davam etdirəcək.

Donald TrumpDonald Tramp The Dr Oz Show proqramında öz səhhəti ilə bağlı məsələləri müzakirə edib

Ötən həftə sonu 68 yaşlı Hillary Klinton 11 sentyabr hadisələrinə həsr olunmuş mərasimdə iştirakını yarımçıq qoymalı olub.

Səhhətilə bağlı problemlər noyabrda keçiriləcək prezident seçkiləri öncəsi Klinton-un apardığı kampaniyada ona mane olub.

.