Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin "Milli Ordu - 100" və "Müharibə veteranı" medalları ilə təltif edilmişdir. "Milli Ordu - 100" və "Müharibə veteranı" medalları Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev tərəfindən Hikmət Şikarova təqdim olunmuşdur.


