Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüb.
Bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.
Qeyd edilib ki, qonaqlara Azərbaycan ilə İslam dünyası arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistanın normallaşması prosesi, o cümlədən Azərbaycanın COP29 üzrə baxışı və prioritetləri barədə məlumat verilib və suallar cavablandırılıb.
.