“Hadisələrin gedişi göstərir ki, yalnız atəşkəs kifayət deyil”.

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan atəşkəsin arxasında gizlənərək təcavüz siyasətini davam etdirir: “Bu xüsusda BMT Baş Katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”.

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”.

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə münasibət bildirərkən deyib.

O, Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb.

“Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

.