“Bu gün ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifə ondan ibarətdir ki, dərhal məqsədyönlü danışıqlar bərpa edilməlidir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmayınca Cənubi Qafqazda sülhün bərqərar olması qeyri-mümkündür:

“Xalqımız bilməlidir ki, bu istiqamətdə ölkə başçısının tapşırığı ilə işlər davam etdirilir. Bəli, ölkəmizə qarşı təzyiqlər də var. Azərbaycan Prezidenti həmin təzyiqlərə sinə gərməkdədir. Biz bu təzyiqləri çox görmüşük. Amma Azərbaycanın işi haqq işidir”.

"Atəşkəs özlüyündə sülh deyil, heç zaman da ola bilməz".

Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.

“Atəşkəs sülh prosesinin irəli aparılması üçün vasitələrdən biri ola bilər. Mövcud dövrdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul olunmuş bir atəşkəs rejimidir”, - o qeyd edib.

.