Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb.

Görüş bu gün Brüsseldə, NATO-nun mənzil-qərargahında baş tutub.

Bu barədə təşkilatın mətbuat xidməti bildirib. Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.


 

.