“Ermənistan həqiqətləri öz ictimaiyyətindən gizlədir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən  brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan məğlubiyyətlərini, həqiqətləri gizlətməklə öz ictimaiyyətini aldadır.

Prezidentin köməkçisi: "Ermənistanın muzdlu dəstələrində Livan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var"

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən gətirilmiş muzdlular var”.

Bunu bu gün keçirilən  brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, VOMA terror təşkilatında da 300-dən artıq muzdlu cəmləşib: “Ermənistanın muzdlu dəstələrində Livan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var. Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin də işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur. Ermənistan bu sahədə fəaliyyəti  qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istəyir. Azərbaycan isə bu konvensiyaya 23 ilə əvvəl qoşulub. Ermənistan müxtəlif səhnəciklər təşkil etməklə guya Azərbaycanın muzdlulardan istifadə etdiyini iddia edir. Ermənistan döyüş meydanında məğlubiyyətini gizlətmək üçün fantaziyalar irəli sürür və öz uğursuzluqlarını gizlətmək istəyir. Azərbaycanın hər hansı muzdlulara ehtiyac yoxdur. Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırıqlarını rəşadətlə yerinə yetirir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, “7-ci günün adventistləri” qrupuna daxil  olan şəxs də Ermənistan tərəfindən Azərbaycana keçib və müvafiq açıqlamalarla çıxış edib: “7-ci günün adventistləri” də digər dini azlıqlar kimi Ermənistan ərazisində sıxışdırılır. Azərbaycan ərazisində bu icma ilk dəfə əsrin əvvəlində Şuşada fəaliyyətə başlayıb. Azərbaycanda digər dini icmalara olan kimi bu icmaya da dözümlü münasibət göstərilib. Hazırda Gəncə və Bakıda bu icmanın nümayəndəlikləri fəaliyyət göstərir, öz ibadətlərini həyata keçirir. Ermənistan silahlı qüvvələrinin sıralarına da bu cür şəxslər məcburi daxil edilirlər”.

.