“1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.
“Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir”, - Prezidentin köməkçisi qeyd edib.
O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli (qorxunc) rəqəmlərini əks etdirən cədvəl də paylaşıb.
.