Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douhti ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev sosial mediada bildirib.

Hikmət Hacıyev görüşün strateji tərəfdaşlıq ruhunda keçdiyini qeyd edib.

Tərəflər əlaqələrin nəqliyyat, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlərdə genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Hikmət Hacıyev bu axşam keçiriləcək oyunda “Qarabağ” və “Çelsi” komandalarına uğurlar arzulayıb.

.