"Subsidiyaların verilmə mexanizminin dəyişdirilməsi bir günün işi deyil. Bunun üçün müəyyən vaxt lazımdır”. APA-TV-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncədə "Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında kənd təsərrüfatı texnikalarının fermerlərə verilməsi zamanı deyib. Onun sözlərinə görə, subsidiyaların verilməsi tarixən formalaşan bir mexanizmdir. Nazir hazırda bu mexanizmin qiymətləndirmə mərhələsinin keçirildiyini bildirib.
"Müəyyənləşdiririk ki, subsidiyaların verilməsində boşluqlar, mənimsəmə və qeyri şəffaflıq prosesləri harada var. Hazırda biz bununla bağlı inzibati tədbirlər görürük, yoxlamalar aparırıq. Müəyyən aidiyyəti müvafiq icra hakimiyyəti orqanları ilə müqayisələr aparılır və müəyyən fərqlər meydana çıxıb. Torpaq sahələrinin artıq göstərilməsi, lazım olmayan yerlərə daha doğrusu qanunun icazə vermədiyi yerlərə subsidiya yazılması kimi hallar var”, - Heydər Əsədov qeyd edib.
Nazir bildirib ki, ilkin olaraq inzibatı, nəzarət və qiymətləndirmə metodu ilə subsidiyaların verilməsi zamanı neqativ halların aradan qaldırılmasına nail olunacaq. Heydər Əsədov deyib ki, mexanizmin dəyişilməsi uzun müddətli prosesdir və bunun elektron kənd təsərrüfatının yaradılması işinə başlanılır.
Heydər Əsədov müvafiq strategiya hazırlandığını və bu sahədə məsləhətçilər cəlb olunduğunu qeyd edib.
.
